Gələn ay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə bağlı əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər çox olacaq.
ONN media xəbər verir ki, bu barədə “Report”a paytaxtda qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan qəssablar məlumat verib.
Onların sözlərinə görə, əgər ötən il diri çəkildə heyvanın kiloqramı 12-13 manata satılırsa, bu il qiymət azı 14 manatdan başlayacaq. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artımdır.
Beləliklə, qurbanlıq qoyunların qiymətləri ötənilki 200-250 manatdan 250-300 manata yüksələcək.
Bahalaşma təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunacaq.
Ötən il olduğu kimi, bu il də qurbanlıq heyvanların kəsimi üçün səyyar məntəqələr quraşdırılacaq. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda həmin məntəqələrin yerləri müəyyən edilir. Agentlik Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinləri icra etməklə yanaşı, heyvan kəsimini və satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.
“Adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Agentlik aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir”, - deyə qurum bəyan edib



Qurban bayramı üçün heyvan kəsimi məntəqələrinin SİYAHISI
Qurbanlıq heyvanların satışına start verildi
Qurban bayramına görə ət bahalaşdı?
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri - SİYAHI
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Qurbanlıq qoyun almaq neçəyə başa gələcək? - QİYMƏTLƏR
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Qurban bayramı ilə bağlı AÇIQLAMA
DİN-dən bayramla bağlı əhaliyə MÜRACİƏT
Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 