Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 18-də “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsini keçirəcək.
ONN media xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakıda təşkil olunacaq.
Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni iyunun 14-dən etibarən DİM-in saytındakı linkdən çap edə bilirlər. İmtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.
Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 277 nəzarətçi-müəllim, 37 buraxılış rejimi əməkdaşı (mühafizə), 13 bina nümayəndəsi ayrılıb. İmtahanda 2978 tələbənin iştirakı nəzərdə tutulur//metbuat.az



DİM abiturientlərə müraciət etdi
Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi - RƏSMİ
DİM açıqladı: İmtahanların saatı dəyişdirildi
I və IV qrup üzrə qəbul imtahanlarının tarixləri açıqlandı
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
Gələn həftə qəbul imtahanları keçiriləcək
Bu abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar –RƏSMİ
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı
1400-ə yaxın şəxs rezidenturaya imtahan verəcək
XİN-də işləmək istəyənlərin nəzərinə!
Bu şagirdlər üçün əlavə imtahan keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 