Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada qeyd olunub.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.



Bakı metrosuna balta ilə girən şəxsin aqibəti necə olacaq?
Tülkünü qəddarlıqla öldürən şəxsin aqibəti necə oldu?
Bakı metrosunda tibbi maska satan şəxs tutuldu - YENİLƏNİB
"Tik Tok"da canlı yayım açıb polisi ittiham edən şəxs HƏBS EDİLDİ
Polis avtobus sürücüsünü döyən 17 yaşlı gənci bağışladı
Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
Azərbaycanda bəy-gəlin toya metro ilə getdi - VİDEO
Taxsi sürücüsündən CİNAYƏT
Avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi
İt döyüşlərini təşkil edənlər saxlanıldı
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
"Tarqovı"da alt paltarında gəzən 21 yaşlı qız tutuldu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 