“Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb”. Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron rayon sakini, 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib. Onun barəsində İnzibati xətalar məcəlləsinin 454-cü maddəsinin (qanunsuz küçə ticarəti, bu halda qayda pozucusu 80 manat cərimələnir) tələblərinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub. 13:05 Sosial şəbəkələrdə videogörüntüsü yayılan metroda sərnişinlərə maska satan şəxs saxlanılıb. Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib. O bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər: “Mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar bildirmək istəyirəm ki, mart ayının 3-də bununla bağlı Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları həmin şəxsi müəyyən edərək operativ tədbir görüblər. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”. B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur: “İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir. Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi. Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”.
Bakı metrosunda tibbi maska satan şəxs tutuldu - YENİLƏNİB



Azyaşlıları diləndirən qadın saxlanıldı
Metroya maskasız girən şəxs həbs edildi
Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi
Azad olunmuş əraziyə keçmək istəyənlər ƏLƏ KEÇDİ
Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
Bakıda sevdiyi qıza etdiyi jestə görə döyülən gənclə bağlı YENİ XƏBƏR
Partlayıcı və tezalışan maddələr satan şəxs aşkarlandı
Tütün və alkaqollu içkilər satanlar cərimələndi
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Bakı polisi yayılan videoya reaksiya verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 