Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, aktiv hərbi əməliyyatlar bu ilin sonuna qədər bitə bilər. Onun sözlərinə görə, tərəfdaşların köməyi Ukrayna ordusuna vaxtında çatarsa, bu işdə çox kömək edəcək.
ONN media-nın məlumatına görə, Zelenski bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Müharibə ilin sonuna qədər bitə bilərmi” sualına Zelenski belə cavab verib:
“Əgər partnyorlarımızdan güclü silahlar bizə vaxtında gəlsə, bəxt və Allah tərəfimizdə olsa, ilin sonuna qədər çox şeyə nail ola və bu müharibəni dayandıra bilərik. Bu halda biz heç olmasa müharibənin aktiv fazasını dayandıra bilərik”.
Zelenski daha güclü silahlar şəklində hərbi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib. Ukrayna prezidenti həmçinin, Qərb ölkələrini Ukraynaya mübarizəni davam etdirmək üçün hərbi dəstək verməyə çağırıb.
"Birləşmiş Ştatlar Ukraynaya çox kömək edir, lakin bu, qalib gəlmək üçün kifayət deyil. Bizə bu yardımı artırmalarını istəyirik - biz öz torpağımız üçün mübarizə aparırıq. ABŞ dünya iqtisadiyyatı deməkdir və o bizə silah və maliyyə baxımından kömək edə bilər”, - prezident əlavə edib.
Zelenski qeyd edib ki, ABŞ Avropa ölkələrinin qərarlarına təsir edə bilər və bununla da Ukraynaya siyasi dəstək verə bilər.
"Etiraf etməliyəm ki, Avropanın bəzi ölkələri Rusiya ilə Ukrayna arasında balansın olmasını istəyir. Lakin ABŞ-ın yardımı sayəsində onlar Ukraynaya dəstək verməyə başladılar", - prezident deyib.



Zelenski Baydenlə RAZILIĞA GƏLDİ
Türkiyəyə minnətdaram- Zelenski
Rusiyanı sürprizlər gözləyir - Zelenski
Zelenski açıqladı- ÇOXLU İTKİLƏRİMİZ VAR
Zelenski tvit atdı
“Bu, Avropada müharibə deməkdir” – Zelenski Krımdan danışdı
Bu bizə baha başa gəldi- Zelenski açıqladı
Zelenski ABŞ-ın təklifini RƏDD ETDİ
Zelenski müharibəni niyə dayandırmaq istəmir?
Zelenski xalqa müraciət etdi
Zelenskidən ŞOK XƏBƏRDARLIQ
Zelenski ELAN ETDİ: Putinlə görüşə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 