Yaponiyanın sabiq Baş naziri Şinzo Abeyə atəş açan Nara prefekturasının 41 yaşlı sakini Tetsuya Yamaqami istintaq zamanı günahını tam şəkildə boynuna alıb.
ONN media xəbər verir ki, bu barədə prefektura baş polis idarəsinin rəisi mətbuat konfransı zamanı söyləyib.
Qatil Tetsuya Yamaqami istintaq zamanı Ş.Abenin də daxil olduğu müəyyən qrup siyasətçilərə nifrət bəslədiyini və bunun onu hücuma təhrik etdiyini söyləyib. Polis rəisi istintaqın davam etdiyini nəzərə alaraq, hələlik ətraflı məlumat verə bilməyəcəyini əlavə edib.
Yaponiya polisi T.Yamaqaminin sabiq Baş nazirə əldədüzəltmə silahdan atəş açması faktını təsdiqləyib. Polis cinayətkarın evində daha bir neçə silah və partlayıcı qurğu aşkarlayıb. Hazırda istehkamçılar onun evində axtarışları davam etdirilər. Qonşu evlərin sakinləri təxliyə olunub.
İstintaqa hüquq-mühafizə orqanlarının 90-dan çox əməkdaşının cəlb olunduğunu qeyd edən polis rəisi cinayət işi ilə bağlı əlavə məlumatları açıqlamağın məqsədəuyğun olmadığını deyib.
Xatırladaq ki, Yaponiyanın Baş nazir Şinzo Abeyə iyulun 8-də yerli vaxtla saat 11:30 radələrində Nara şəhərində küçə mitinqdə çıxış edərkən sui-qəsdə məruz qalıb. 41 yaşlı T. Yamaqami adlı şəxs ona kürəyindən iki dəfə atəş açıb



Şinzo Abe öldürüldü
Bakıda "Kalaşnikov"la maşını atəşə tutan polkovnik həbs edildi
Polisin arvadını öldürməsi ilə bağlı daha bir rəsmi açıqlama
Eyvazov məşhur polisin oğlunu yeni vəzifəyə təyin etdi
Usubov Teymur Əfəndiyevə YÜKSƏK VƏZİFƏ VERDİ
Ramil Usubovdan yeni TƏYİNAT
Sabiq prezident polis tərəfindən saxlanıldı
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Bakıda yaşlı qadın vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
Ramil Usubovdan yeni təyinat
Nazirdən ƏMR: Bakıda bu bölmələrin rəisləri dəyişdirilib
Vilayət Eyvazovdan yeni təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 