Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi məhkəmə qarşısına çıxarılıb.
Sabunçu rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Bakıda sabiq polis rəisinin tanışının avtomobilini atəşə tutması ilə bağlı xəbər vermişdik.
Belə ki, dekabrın 16-da 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb.
R.Hacıyevdən “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Onu da qeyd edək ki, R.Hacıyevlə Şirzad Quliyev şərik olublar.
Xatırladaq ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.



Bakıda ƏMƏLİYYAT KEÇİRİLDİ: Həbs edilən var
Bakıda axtarışda olan şəxs tutuldu
Bakıda tapançalı şəxs tutuldu
Bakıda avtomat gizlədən şəxs ələ keçdi
DİN əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Xankəndidə daha 15 avtomat tapıldı
Postda saxlanılan maşından silah çıxdı - DİN
"Bandotdel"dən ƏMƏLİYYAT- Saxlanılan var
"Bandotdel" Beyləqanda əməliyyat keçirdi
"Bandotdel" əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
Polis BMW-ni saxladı, maşından elə birşey çıxdı ki...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 