Vətən müharibəsinin qazisi, 3-cü qrup Qarabağ əlili, 35 yaşlı Elvin Cəfərovun özünü yandırması nəticəsində vəfat etməsi Sabirabad rayon İcra Hakimiyyətini qınaq obyektinə çevirib. İcra başçısı Siraqəddin Cabbarov isə bugünkü açıqlamasında hadisənin onlarla əlaqələndirilməsini təkzib edib və qazinin psixoloji problemlərinin olduğunu söyləməklə yanaşı, onun daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Amma bu açıqlama sosial şəbəkələrdə İcra Hakimiyyətinin ittiham obyekti kimi təqdim olunmasına son qoya bilməyib.
Hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən biri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.
Bəs S.Cabbarov kimdir?
ONN media saytı ictimai müzakçirələri nəzərə alaraq, icra başçısnının dosyesini təqdim edir:
Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlayıb və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkarlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.
28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib.
25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı postunda çalışıb.
Ölkə başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
21 dekabr 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeni, 14 dekabr 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.// Modern.az



Prezident iki icra başçısının yerini dəyişdi
İcra başçısı müavinini vəzifədən uzaqlaşdırdı
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
Yeni icra başçıları kollektivə təqdim olundu
İcra başçısının ailəsində AĞIR İTKİ
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
DTX-nın bu gün həbs etdiyi icra başçısı kimdir? - TƏRCÜMEYİ-HAL
İlham Əliyev yeni icra başçısı təyin etdi
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? – SİYAHI
İmişli rayonuna yeni icra başçısı təyin olundu
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 