İsveç alimləri sağlamlığa və uzunömürlü olmağa mane olan amillərlə bağlı araşdırma aparıb. Onlar Danimarka, Finlandiya və İsveçdə spirtli içki qəbul edən 1,1 milyondan çox şəxsin ömür uzunluğunu təhlil ediblər. Alimlər müntəzəm olaraq spirtli içki qəbul edənlərdə ömür müddətinin 24-28 il daha qısa olduğunu deyib.
ONN media ABŞ-da yerləşən Mayo klinikasına istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, spirtli içki yalnız ömrü qısaltmır, eyni zamanda sağlamlığın keyfiyyətinə də təsir göstərir. Onların daimi qəbulu bədənin bütün sistemlərinə zərbə vurur.
Ekspertlər qeyd edir ki, əgər insan istifadə etdiyi spirtli içkilərin miqdarını məhdudlaşdıra bilmirsə, hobbi və əyləncələrdən alkoqola görə imtina edirsə və ya adət edilmiş gündəlik vəzifələrin öhdəsindən gəlməyi dayandırırsa, bu halda həyəcan təbili çalmağa dəyər.
Qlazqo Universitetinin alimləri İngiltərədəki 300 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil edib. Alkoqoldan istifadə edən şəxslərin spirtli içki içməyən insanlarla müqayisədə 30 faiz daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi ortaya çıxıb.
Onlar hesab edir ki, alkoqolun tamamilə rədd edilməsi sağlamlıq üçün daha faydalıdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də məsuliyyətsiz və həddindən artıq səviyyədə spirtli içkilərdən istifadənin hər il milyonlarla insanın həyatına son qoyduğunu qeyd edərək bildirir ki, qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında birbaşa əlaqə var



Ömrü 28 il qısaldan VƏRDİŞ TAPILDI
Spirtli içkilərin satışına qadağa qoyuldu - Bu tarixə qədər...
Qaraciyər üçün ən təhlükəsiz spirtli içki açıqlanıb
Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin - XƏBƏRDARLIQ
Spirtli içki fəlakəti: 255 ÖLÜ
Saxta spirtli içki emal edən sex aşkarlandı
Xoruldayan insanlar haqqında daha bir fakt
Spirtli içki aludəçilərinə BƏD XƏBƏR
100-ə yaxın insan həyatını itirdi
Çörəklə spirtli içki yanaşı satılmayacaq-31 MARTDAN
Ukrayna Azərbaycanda istehsala başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 