Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır:
"ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir".
Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır:
"Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik".



Karantin müddəti azaldıldı, sağalanların sayı artdı
Karantin müddətinin azaldılması bu şəxslərə də aiddir – Rəsmi
Koronaya yoluxanların karantin müddəti azaldıldı
Covid-19-la bağlı əhaliyə müraciət
Korona ilə bağlı daha bir MƏLUMAT
Azərbaycanda yeni virus aşkarlandı?- Rəsmi
FHN-dən əhaliyə VACİB MÜRACİƏT
TƏBİB-in bu səlahiyyətləri Səhiyyə Nazirliyinə verilir
"Omikron"la bağlı Azərbaycan əhalisinə müraciət edildi
Yoluxma artdı, maskadan istifadə edin! - Xəbərdarlıq
Koronavirus əlamətli insanlardan şok əməl
Vətəndaşların NƏZƏRİNƏ: gələn həftədən başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 