Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edib.
ONN media xəbər verir ki, Dərya Yanık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı 15 İyul - Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirib və vurğulayıb ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqlarından son dərəcə məmnunluqlarını ifadə edib və Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini bir daha vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını deyib. Dərya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd edib. Azərbaycan Prezidenti bildirib ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır.
Sonra dövlətimizin başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Dərya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirib.



İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul etdi
İlham Əliyevdən Ərdoğana seçki təbriki
Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
İlham Əliyev Bəkir Şahini qəbul etdi
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib - YENİLƏNİB
İlham Əliyev Ərdoğanı təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 