Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu işə başlayıb.
ONN media xəbər verir ki, forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanlandığı təbrik məktubunu oxuyub.
Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Forum çıxışlarla davam edir.
Qeyd edək ki, tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçiriləcək.
Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak edirlər.



Şuşada Respublika Günü qeyd olundu
Orduda Qurban Bayramı belə qeyd olundu
İlham Əliyev Şuşada Forum iştirakçıları ilə görüşəcək
"N" hərbi hissəsinin yaradılmasının ildönümü qeyd edildi
Ordumuzda Qurban bayramı qeyd olundu
XTQ-nin yaradılmasının 24-cü ili qeyd edildi
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
Şuşada beynəlxalq konfrans keçiriləcək
Hərbi hissədə ideoloji tədbir keçirildi - VİDEO
Hacıyevdən Prezident İlham Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
Bu, Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hacıyev
Xarici diplomatlar Füzuli və Şuşaya gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 