İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçiriləcək.
ONN media xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək.
Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edəcək. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunacaq.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.
Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.
Qeyd edək ki, bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.



Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
İlham Əliyev Şuşada forumda çıxış etdi
Şuşada Beynəlxalq Media Forumu keçirilir
Şuşada növbəti forum başlayır
Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya getdi
İlham Əliyevin bu görüşü canlı yayımlanacaq
Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir
İlham Əliyev lX Qlobal Bakı Forumda iştirak edir
İlham Əliyev mühüm forumda iştirak edir
X Qlobal Forum nə vaxt keçiriləcək?
Bakıda keçiriləcək forum Mərakeş mediasında
Prezident və xanımı Şuşada bir sıra tədbirlərdə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 