Nüfuzlu “Nyu York Tayms” dərgisində yayınlanan son məqalədə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ağ Ev administrasiyası üçün “baş ağrısına” çevrildiyi yazılıb. Qəzet bildirib ki, ABŞ Prezidenti Cozef Bayden yaşlı və az hərəkətlidir, bunun əksinə olaraq Rəcəb Tayyib Ərdoğan dinamikdir və onun fəallığı Qərbin maraqları ilə üst-üstə düşmür.
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton Türkiyə, BMT, Ukrayna və Rusiya təmsilçiləri ilə İstanbulda imzalanan taxıl anlaşmasını sözdə dəstəkləsə də, əsl həqiqətdə Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır:
“Çünki bu vasitəçilik Türkiyənin bölgədəki rolunu və gücünü artırır. Bu isə Türkiyənin Soyuq müharibə illərindəki müttəfiqi olan ABŞ-ın maraqlarına uyğun deyil. Kiyevlə Moskva arasında vasitəçi Yunanıstan olsaydı,, Vaşinqton həm sözdə, həm də əməldə Afinanı dəstəkləyərdi. Ancaq Yunanıstanın bölgədə çəkisi yoxdur, üstəgəl, Rusiya bu dövləti “qeyri-dost dövlətlər” siyahısına əlavə edib”.
Politoloq ABŞ-ın bu cür münasibəti və Türkiyədəki sivil toplumlara təsiri kontekstində Türkiyə Cümhurbaşqanı üçün gələnilki prezident və parlament seçkilərinin ağır keçəcəyini qeyd edib:
“Türkiyədə keçirdiyim son görüşlər və müşahidələrim əsasında gəldiyim qənaət budur ki, hakim partiya bu dəfə liderliyi əldən verə bilər. Türkiyədə qiymət artımı insanları narahat edir, vətəndaşların alış gücü azalıb. Bunun seçkinin nəticələrinə təsiri olacaq. Ərdoğanın neçə il öncə maraqlı ifadəsi var idi: “metal yorğunluq”, yəni Cümhurbaşqanı bu ifadə ilə partiyadaşlarını xəbərdar etmişdi ki, fəallaşmaq və vətəndaşların qəlbini yenidən qazanmaq lazımdır. Ərdoğan 20 il ərzində özünü və partiyadaşlarını seçkilərdə qəbələlərlə sevindirdi. Bu dəfə də bu mümkün olacaqmı? Türkiyədə söhbət etdiyim bəzi ekspertlər Ərdoğanın gələn ilin iyununu gözləmədən seçkini erkən tarixə, misal üçün bu ilin noyabr ayına təyin edə biləcəyi ehtimalının olduğunu da vurğulayırlar. Məqsəd qış aylarını gözləmədən indiki reytinqi qoruyaraq seçkiyə qatılmaqdır. Bütün hallarda noyabr və ya iyun ayı olsun, hakimiyyətə seçkidə səsləri qorumaq üçün iqtisadiyyatda dönüş yaratmaq lazımdır”.



ABŞ-ın gizli planı sızdırıldı- NƏLƏ BAŞ VERİR?
Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - Şok
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Kritik Soçi görüşü: Moskva Bakı ilə danışıqlara başlayır
Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
Ərdoğan koronavirusdan sağaldı
Bayden və Ərdoğan arasında VACİB MÜZAKİRƏ OLACAQ
İstanbulda Moskva və Kiyev görüşündə Qarabağ məsələsi qaldırıla bilər
Peskovdan NİKBİN AÇIQLAMA: ciddi danışıqlar aparmağa şərait yaradan...
Ərdoğan Baydenlə Ukraynadakı son vəziyyəti müzakirə etdi
Ərdoğan Zelenski ilə son vəziyyəti MÜZAKİRƏ ETDİ
Ərdoğan Rusiyaya getdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 