S-400-ləri ətrafındakı gərginlik Türkiyənin NATO-nu tərk etməsinə səbəb ola bilər. Bu isə Vladimir Putinin “nəhəng qələbə”si olacaq. ONN media xəbər verir ki, bu sözləri “Fokus Onlayn” nəşrindəki məqaləsində almaniyalı professor Tomas Yager yazıb. Onun sözlərinə görə, Ankara ilə Moskva arasındakı müqavilə onsuz da gərgin olan Türkiyə-ABŞ münasibətlərini daha da pisləşdirəcək. Vaşinqton rus texnikası aldığı üçün Türkiyəyə sanksiya tətbiq etməyə vadar olacaq. Donald Tramp bu sanksiyaları bir qədər yubatmağa çalışsa da, hüquqi cəhətdən onlardan tamamilə imtina etməyə imkanı olmayacaq. Ekspert bildirib ki, Türkiyənin NATO-nu tərk etməsi alyans üçün “böyük geostrateji itki” olacaq. “Bu variantı istisna etmək olmaz. Burada münaqişənin nəticəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz siyasi gələcəyinə zəmanəti hansı şəkildə görməsindən asılı olacaq. Ankara və Vaşinqton arasında yaranan münaqişə Vladimir Putinin triumfudur”, - professor qeyd edib. Yagerin fikrincə, hətta Türkiyə NATO-da qalsa belə, alyans üzvləri arasında bir-birinə etimad etməmək fikri çiçəklənəcək. Türkiyə ilə müqavilə sayəsində Rusiyanın dünyadakı reputasiyası getdikcə artacaq, rus hərbçiləri gizli məlumatlara giriş imkanı əldə edəcək. Bu isə xüsusi xidmət orqanları üçün böyük üstünlük yaradacaq. Almaniyalı politoloq Moskva və Ankara arasında əlaqələrin güclənməsini “beynəlxalq sensasiya” adlandırıb: “ABŞ-la münasibətlərin zəifləyib, Rusiya ilə güclənməsi Türkiyə üçün böyük siyasi və iqtisadi itkilərə gətirib çıxara bilər. Əvəzi o qədər ağır ola bilər ki, Ərdoğan hakimiyyəti qoruyub saxlamaq üçün Rusiyanın yardımından istifadə edə bilər”.axar.az
Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - Şok



Ərdoğanın şok planına rusiyalı politoloqun şərhi
Türkiyə NATO-dan diksinə bilər - Ekspert
NATO Türkiyə ilə güclüdür- Ərdoğan
S-400, yoxsa Patriot? –Türkiyə çətin SEÇİM qarşısında
ABŞ-dan Türkiyəyə ŞOK TƏHDİD
Türkiyə və Ukrayna arasında tarixi müqavilə...
Türkiyə NATO-dan çıxır?
Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
Ərdoğan və Putin arasında telefon danışığı olacaq
Ərdoğanın Putinə Azərbaycan mesajı nə olacaq?
Trampın sanksiya təhdidlərinə Ankaradan CAVAB
Putinlə Ərdoğanın mühüm görüşü: nələr əldə edildi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 