Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Bu, "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda "Ferentsvaroş"un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib.
Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Bundan başqa, Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib



UEFA reytinqində Azərbaycanın mövqeyi necə dəyişdi?
"Neftçi" bu gün cavab oyununa çıxacaq
"Neftçi"nin futbolçusu oyunda zədələnib
Prezidentin köməkçisi "Neftçi" ni təbrik etdi
Qarabağ Azərbaycanı siyahıda yüksəyə qaldırdı
"Qarabağ"dan möhtəşəm qələbə
Azərbaycan UEFA reytinqində iki pillə geriləyib
“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi
"Neftçi"nin oyununda duyğulandıran görüntü
"Qarabağ" sabah Budapeştə gedir
"Qarabağ" "Neftçi" ni məğlub etdi
"Qarabağ" bu gün cavab oyununa çıxacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 