"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"Köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq. "Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.
Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək. Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaq. Budapeşt təmsilçisindən isə Henri Vinqonun Ağdam klubuna qarşı oynamayacağı dəqiqdir. Rayan Mmae və Mats Knusterin meydana çıxmaları isə sual altındadır.
Mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi pley-offda "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcək. Moldovadakı ilk matçda Çexiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. İrlanidyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
9 avqust
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, "Groupama Arena



"Neftçi" bu gün cavab oyununa çıxacaq
"Qarabağ" "Lex"lə qarşıdurmaya ciddi itki ilə çıxacaq
"Qarabağ" sabah Budapeştə gedir
“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?
"Zirə" Moldova klubu ilə cavab matçına çıxacaq
"Qarabağ”ın rəqibi bəlli oldu
"Qarabağ" və "Ferentsvaroş" start heyyəti açıqlandı
Bakıda beş il sonra ÇL himni səsləndiriləcək
Bu gün "Qarabağ" və "Olimpiakos" oyunu keçiriləcək
"Qarabağ" bu qələbədən nə qədər qazandı?
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
"Qarabağ"la həmişə fəxr etmişik- Prezidentin köməkçisi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 