Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.
ONN media xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir.
Artıq 41 ailənin 201 üzvünə evlərin açarlarının təqdim edildiyi, qəsəbədə məşğulluq probleminin olmadığı, sakinlərin əksəriyyətinin işlə təmin olunduğu vurğulanıb. Dayanıqlı kənd təsərrüfatının, turizm potensialının inkişafı üçün əlverişli mühitin olduğu, yerli və xarici sərmayənin yatırılması nəticəsində müxtəlif layihələrin artıq həyata keçirilməyə başladığı bildirilib. Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib



Ağalıya köçmək istəyənlərin NƏZƏRİNƏ
Zəngilana xüsusi nümayəndə təyin edildi - SƏRƏNCAM
Tatarıstanın Rəisinə Şərqi Zəngəzurda görülən işlər barədə məlumat verilib
Prezident Vahid Hacıyevə vəzifə verdi
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR
Zəngilanda "Ağıllı kənd"in inşası başa çatdı
Zəngilanda mühüm iclas başladı
Daha 25 ailə Ağalıya yola salındı
Daha 25 ailə bu tarixdə Zəngilana gedəcək
ŞAD XƏBƏR- Zəngilana ilk köçürülmə başlayır
Zəngilanın işğaldan azad olunmasından 2 il ötür
Bu gündən əhalinin Ağalı kəndinə köçürülməsi başlanılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 