İyunun 17-də Azərbaycan Respublikasına səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər barədə məlumat verilib.
ONN media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülmüş işlər barədə təqdimatla çıxış edib.
Tatarıstanın Rəisinə əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı barədə məlumat verilib.
Bildirilib ki, 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanının açılışı olub. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir.
Müasir tələblərə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərə bilər.Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ümumi ərazisi 2580 kvadratkilometrdir. Bu rayonlardan olan keçmiş məcburi köçkünlərin sayı 152 min 200 nəfərdir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Hazırda 86 ailədən ibarət 420 nəfər Zəngilanın Ağalı kəndinə qayıdıb və orada yaşayır.
Ümumilikdə 2022-2026-cı illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayon mərkəzlərinin, 5 qəsəbənin, 24 kəndin tikintisi və Böyük Qayıdışın birinci mərhələsində 41 min 277 nəfərin köçürülməsi planlaşdırılır.Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. İndiyədək Qubadlı rayonunda 80 min hektar (4,5 faiz), Cəbrayıl rayonunda 105 min hektar (18,3 faiz), Zəngilan rayonunda isə 73 min hektar (9,8 faiz) ərazi minalardan təmizlənib. Bu rayonlarda müvafiq olaraq 3278, 14 min 803 və 2487 mina və partlamamış hərbi sursat aşkarlanıb.
Qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumi uzunluğu 323 kilometr olan 5 avtomobil yolu, 111,4 kilometr uzunluğunda dəmir yolu inşa olunur. Bundan başqa, burada 4 yarımstansiya, ümumi gücü 42,6 MVt olan 5 Kiçik Su Elektrik Stansiyası, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası yaradılır.Tatarıstanın Rəisi Rüstəm Minnixanova “Araz Vadisi İqtisadi zonası” Sənaye Parkında görülən işlər barədə də məlumat verilib.
Bildirilib ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq//axar.az



Prezident Vahid Hacıyevə vəzifə verdi
Sabah Zəngilan Beynəlxalq Hava limanının açılışı olacaq
Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Zəngilanda mühüm iclas başladı
Prezident və xanımı Zəngilan aeroportunda
İlham Əliyev Qubadlı və Cəbrayılla bağlı fərman imzaladı
Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
Prezidentlər Zəngəzur Dəhlizində yeni yolun təməlini qoydular
Ərdoğan hava limanının açılışından danışdı
Zəngilana xüsusi nümayəndə təyin edildi - SƏRƏNCAM
Ərdoğanın bu gün burda olması xüsusi məna daşıyır- İlham Əliyev
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 