"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab mərhələsində Zaqreb "Dinamo"su ilə qarşılaşacaq. Ağdam təmsilçisi səfərdəki ilk matçda 0:3 hesabı ilə uduzub. Qurban Qurbanovun futbolçularının ilk dəfə 36 komandanın iştirakı ilə keçiriləcək ÇL-in Liqa Mərhələsinə düşməsi üçün 4 top fərqi ilə qalib gəlməsi lazımdır.
ONN media xəbər verir ki, "Qarabağ" ÇL-in Liqa Mərhələsinə düşərsə, təkcə özünün və Azərbaycanın UEFA reytinqindəki mövqeyini gücləndirməyəcək, həm də büdcəsini xeyli artırmış olacaq.
UEFA bu ilin martında 2024/25 mövsümü üçün Avropa kuboklarının mükafat fondunu təsdiq edib. Bu mövsüm UEFA-nın yeni formatda keçiriləcək 3 yarışı (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) üçün mükafat fondu artırılaraq 3,317 milyard avroya çatdırılıb. Bu məbləğin 2,467 milyard avrosu (74,38 faiz) Çempionlar Liqası və UEFA superkubokunun iştirakçılarına, 565 milyon avrosu (17,02 faiz) Avropa Liqasının, 285 milyon avrosu isə (8,60 faiz) Konfrans Liqasının iştirakçılarına ayrılıb.
"Qarabağ" da daxil olmaqla Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn klubların hər biri artıq 4,29 milyon avronu təmin edib. Əgər Azərbaycan çempionu bu mərhələdə qalib gəlsə, Liqa Mərhələsində iştirak edəcək digər 35 klub kimi UEFA-dan 18,62 milyon avro mükafat alacaq. Bu zaman isə "pley-off"da iştirak üçün təmin edilən 4,29 milyon avro artıq UEFA-nın büdcəsinə qayıdacaq.
ÇL-də Liqa Mərhələsində hər bir qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 min avro nəzərdə tutulub. Bundan başqa, Liqa Mərhələsində yekunda 1-8-ci yeri tutan komandaların hər biri bonus olaraq 2 milyon avro, 9-16-cı yerləri tutanlar 1 milyon avro mükafat alacaq.
Bundan başqa, ÇL-in Liqa Mərhələsi üçün bu mükafatlar da nəzərdə tutulub:
Final mərhələsinin hər bir "pley-off" iştirakçısı üçün 1 milyon avro
1/8 finala yüksələn klubların hər biri üçün 11 milyon avro
1/4 finala yüksələn klubların hər biri üçün 12,5 milyon avro
1/2 finala yüksələn klubların hər biri üçün 15 milyon avro
Finala yüksələn klubların hər biri üçün 18,5 milyon avro
ÇL qalibi üçün əlavə 6,5 milyon avro
2024-cü ildə Superkubok üçün yarışacaq klubların hər biri üçün 4 milyon avro, qalib üçün əlavə daha 1 milyon avro.



“Qarabağ” bu gün Çempionlar Liqasına davam edə biləcək?
III avrokubok turnirinin adı müəyyənləşdi
Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
UEFA-dan Qarabağla bağlı paylaşım
"Qarabağ" bu gün cavab oyununa çıxacaq
SON DƏQİQƏ: Çempionlar Liqasının finali 2023-cü ildə İstanbulda oynanılacaq
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
"Qarabağ”ın rəqibi bəlli oldu
Bu gün Çempionlar Liqasının püşkü atılacaq
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Bu gün "Qarabağ" və "Olimpiakos" oyunu keçiriləcək
"Qarabağ" bu qələbədən nə qədər qazandı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 