Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib.
Nazirlər Kabinetinin xüsusi iclasında bununla bağlı nazirlərin təqdim etdiyi ərizələr Fumio Kişida tərəfindən qəbul edilib. Yaxın vaxtlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Yaponiyada hökumətin tam tərkibdə istefa verməsi, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ərəfəsində həyata keçirilən ənənəvi prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşanadək vəzifələrini formal olaraq həyata keçirirlər. Hökumətin yeni tərkibində xarici işlər naziri Yoşimasa Hayaşinin və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrini saxlayacağı gözlənilir. Bununla yanaşı, müdafiə naziri Nabuo Kişinin Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunacağı bildirilir. Onun yerinə isə 2008-2009-cu illərdə ölkənin müdafiə naziri olmuş Yasukazu Hamadanın təyin olunacağı qeyd edilir.
F.Kişidanın hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbərliyində də dəyişikliklər aparacağı bildirilir. Əsas belə dəyişiklik kimi iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiudanın LDP siyasi şurasının rəhbəri vəzifəsinə gətiriləcəyi qeyd edilir. Mütəxəssislərin rəyinə görə, bu vəzifə üç nazir portfelinə bərabərdir. Onun yerinə isə Yasutoşi Nişimuranın təyin ediləcəyi bildirilir. Hazırda LDP-nin siyasi şurasına rəhbərlik edən və sabiq Baş nazir Şinzo Abenin yaxın adamlarından biri hesab edilən Sanae Takaiçinin iqtisadi təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.
Əlavə olaraq bildirək ki, Yaponiyada son üç həftə ərzində Nazirlər Kabinetinin reytinqi 10 faizədək aşağı düşüb. Bunun səbəbi kimi, ilk növbədə ölkə daxilində baş verən proseslər – inflyasiya və siyasətçilərin "Birlik kilsəsi” ilə şübhəli əlaqəsi göstərilir. Buna baxmayaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumətin xarici siyasətdə dəyişikliklər aparacağı gözlənilmir



Yaponiya hökuməti istefa verdi
Livan hökuməti tam tərkibdə istefa verir
Rusiyada hökumət tam tərkibdə istefaya gedib
Maliyyə naziri İSTEFA VERDİ
MM sabah toplanır- NƏ MÜZAKİRƏ OLUNACAQ?
Nazirlər Kabinetinin Aparatında YENİ TƏYİNATLAR
Nazirlər Kabinetində yeni TƏYİNATLAR - ADLAR
Nazirlər Kabinetinin mətbuat katibi işdən getdi – İSTEFA
Ukraynanın yeni baş nazirinin adı açıqlandı
Gürcüstanın yeni baş naziri və hökuməti TƏSDİQLƏNDİ
Nazirlər Kabinetində bu vəzifələr boşdur – SİYAHI
Qırğızıstan hökuməti istefaya getdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 