Milli Məclisin fevralın 16-da iclası keçiriləcək.
ONN media xəbər verir ki, toplantı saat 10:00-da baş tutacaq.
İclasın gündəliyi rəsmi olaraq elan edilməyib. Amma toplantıda dövlət başçısının Baş nazirin təyinatı ilə bağlı təqdimatına baxılacağı gözlənilir.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Xatırladaq ki, Milli Məclisin iclasları adətən saat 11:00-da başlayır.



Nazirlər Kabineti istefa verdi
MM razılıq verdi: Yeni Baş nazir təyin edildi
Hökumət bu ay hesabat verəcək?
Milli Məclisin iclası başladı: Baş nazir istefa verir
İlham Əliyev nə vaxt and içə bilər?
MM yenə toplanır: Nələr müzakirə olunacaq?
Kamran Əliyev MM-ə təqdim edildi
Milli Məclisin iclası başladı
Deputatlar bu həftə tətildən qayıdır
Milli Məclisin ilk iclası nəvaxt keçiriləcək?
Milli Məclisin ilk yaz sessiyası bu tarixdə keçiriləcək
Naxçıvana yeni baş nazir təyin olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 