Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin üçtərəfli görüşünün müzakirə mövzuları açıqlanıb. Üç ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər.
Bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.
"İran-Azərbaycan-Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə tranzit və gömrük məsələləri, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də İranın nəqliyyat naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin görüşundə dəmir yolu terminalı, yeni sərhəd körpüsü layihələrin son vəziyyəti nəzərdən keçiriləcək”, - səfir vurğulayıb.
Səfir görüşün vaxtını açıqlamayıb.
Seyid Abbas Musəvi Astara (İran) şəhərinin meri və bu şəhərin İran parlamentindəki deputatı ilə Astaraçay çayı üzərindəki körpü və yük dəmir yolu stansiyasına baş çəkib. İran-Azərbaycan sərhədindəki bu obyektlər hazırda inşa olunmaqdadır.
Qeyd edək ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edir.
Bildirilir ki, nəqliyyat dəhlizi yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkələrini birləşdirəcək. Astaraçay çayı üzərindən keçən körpü də Şimal-Cənub dəhlizinə birləşdiriləcək.



Şahin Mustafayev İran səfiri ilə görüşüb
Seyid Abbas Müsəvi Tehrana çağırıldı: SƏBƏB NƏDİR?
Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir
İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək
İrandan SON DƏQİQƏ Naxçıvan açıqlaması
İrandan Azərbaycana dəmir yolu ilə bağlı təklif
Hikmət Hacıyev İran səfiri ilə görüşüb
Üçtərəfli görüşün nəticəsi nə oldu?
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir
Rusiya, Azərbaycan və İran arasında VACİB MÜZAKİRƏ
Bakı və Tehran Gorus-Qafan yolu ilə bağlı müzakirə apardı
Hikmət Hacıyev İran səfiri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 