Naxçıvan dəmir yolu xəttini qısa müddətdə açmaq istəyirik. ONN media xəbər verir ki, bunu İranın Nəqliyyat və infrastruktur naziri Məhəmməd İslami deyib. İRNA-nın məlumatına görə, M.İslami İran, Rusiya və Azərbaycan Respublikaları arasında imzalanan Şimal-Cənub Nəqliyyat Dəhlizi müqaviləsi çərçivəsində Naxçıvan dəmir yolu xəttinin yenidən istifadəyə verilə biləcəyini dilə gətirib. Bildirib ki, Təbriz-Azərbaycan dəmir yolu Avropa və Şimali Qafqaz dəmir yollarını bir-birinə bağlamaq üçün uyğun mövqedir. Qeyd edək ki, Rusiya, İran və Hindistanın 2000-ci ildə razılaşdığı, daha sonra Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Azərbaycan və Ermənistanın daxil olduğu Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi quru, dəniz və qatar yolu marşrutlarından ibarət 7 min 200 kilometrlik şəbəkəni əhatə edir. Hindistanı İran və Azərbaycan vasitəsilə Rusiyaya bağlayan layihə İran, Mərkəzi Asiya, Rusiya və Hindistan arasındakı əməkdaşlığın artırılmasını hədəfləyir. İran, Rusiya və Azərbaycan prezidentləri 2016-cı ilin iyul ayında Bakıda keçirilən toplantıda korridorun yaradılması üçün fikir mübadiləsi aparmışdı. Üçlü zirvənin ikinci iclası 2017-ci ilin noyabr ayında Tehranda olmuşdu.
İrandan SON DƏQİQƏ Naxçıvan açıqlaması



Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
Rusiya, Azərbaycan və İran arasında VACİB MÜZAKİRƏ
İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
Putinin Bakı səfərində əsas məqam nədir?
Naxçıvan-Bakı xətti açılır: 1450 kilometrlik yol 18 saata...
Azərbaycandan İrana 60 milyonluq yatırım
Naxçıvan-İran qatarı yenidən fəaliyyətə başlaya bilər
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
İrandan Azərbaycana dəmir yolu ilə bağlı təklif
İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək
Nazirdən Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 