Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən ayrılıb.
ONN media xəbər verir ki, həmin şəxs həbs edilən idarə rəisi Məsum Rəsulovun müavini polkovnik Fikrət Ələsgərlidir.
O da DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.
Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib:
“23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.
Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək:
“İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.
Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.
Lakin F.Ələsgərli iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi:
"Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam".



Gömrük Komitəsinin daha bir işçisi vəzifədən kənarlaşdırıldı
DGK generallarının həbs müddəti uzadıldı
Gömrük komitəsində daha bir əməliyyat- Saxlanılan var
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
SON DƏQİQƏ: Gömrük generalı saxlanıldı
Gömrük komitəsində yoxlamalar başladı- Yeni həbslər olacaq
DTX-nın əməliyyat keçirdiyi rəis kimdir?
Saxlanılan general kimdir?- Dosye
DGK-da daha bir vəzifəli şəxs işdən çıxarıldı
DGK-nın daha bir generalı vəzifəsindən azad olundu
Gömrük komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı
Mehdiyevi saxlayan yol polisləri işdən çıxarıldı?
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 