FTB agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış apararkən 11 dəst məxfi sənədlər ələ keçiriblər.
ONN media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Bildirilib ki, sənədlərdən bəziləri "tam məxfi" qeyd edilib və yalnız xüsusi dövlət qurumlarında giriş üçün nəzərdə tutulub.
FTB agentləri təxminən 20 qutu əşya, foto qovluq, əlyazma qeydi və Trampın müttəfiqi Rocer Stounun əfv sənədini götürüblər.
Qəzet yazır ki, siyahıya "Fransa prezidenti" haqqında da məlumatlar daxil edilib .
"New York Post" qəzetinin yazdığına görə, Trampın Floridadakı Mar-a-Laqo malikanəsində toplanan materiallar arasında dörd dəst sənəd “tam məxfi”, üç dəst “gizli”, daha üçü isə məxfidir.
Federal hakim Trampın hüquq qrupuna Ədliyyə Departamentinin “əmlak qəbzi” kimi tanınan inventar açmaq təklifinə cavab vermək üçün saat 15:00-a qədər vaxt verib.
Bundan öncə bildirilib ki, Trampın evində axtarış aparan FTB agentləri nüvə silahı ilə bağlı məxfi sənədlər axtarırdılar. "Washington Post" qəzetinin yazdığına görə, Tramp bu cür sənədləri Floridadakı villasında saxlamış ola bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın villasında axtarışlar avqustun 8-də keçirilib. Sahibinin özü Nyu Yorkda olarkən yüzə yaxın FTB agenti siyasətçinin əmlakına basqın edib. Eyni zamanda, Ağ Ev axtarışlardan xəbərsiz olduğunu və vəziyyətə nəzarət etmədiyini bildirib


Tramp həbs oluna bilər?- ŞOK İDDİA
Tvitter Trampın hesabını blokladı
Eminem Trampın qızını TƏHDİD ETDİ
Trampdan Konqresə müraciət
Trampın səhhəti pisləşdi - "Vaniti Feyr"
Tramp xəstəxanadan buraxılır?
Trampın impiçmenti elan edildi
Trampın ailəsində ŞAD GÜN
Tramp onun istefasını təsdiqlədi
Tramp şahzadənin dəvətini qəbul etdi
Ərdoğannda Trampın S-400-lərlə bağlı təklifinə CAVAB
Donald Trampın keçmiş köməkçisi həbs olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 