ONN İnformasiya Agentliyi

Daha bir ölkə Ukraynaya yardım göndərdi

Daha bir ölkə Ukraynaya yardım göndərdi
15-08-2022, 22:36

Ukrayna Hərbi Hava Qüvvələri Latviyanın hədiyyə etdiyi dörd helikopter alıb və yaxın gələcəkdə onlar Ukrayna Silahlı Qüvvələrinin aviasiya donanmasının tam tərkib hissəsi olacaqlar.

ONN media xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin rəhbəri Artis Pabriks "Twitter" səhifəsində yazıb.

O, həmçinin vurğulayıb ki, Qərb ölkələrinin Ukraynaya dəstəyi bütün ərazisini Rusiya işğalçı qüvvələrindən azad edənə qədər dayanmamalıdır.

Latviya KİV-lərinin verdiyi məlumata görə, iki Mi-17 helikopteri və iki Mi-2 helikopteri qismən sökülmüş halda Ukraynaya təhvil verilib. Çatdırılmadan əvvəl helikopterlər rənglənib, bir Mi-17 isə əsaslı təmir edilib. Ukrayna Hərbi Hava Qüvvələri helikopterlərin montajı başa çatdıqdan sonra missiyalar üçün istifadə etməyə başlayacaq

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png