Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir. Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini priorotet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir.
ONN media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına/qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.
Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik", - deyə o əlavə edib



Londondakı səfirliyimizə hücum edildi - Dini bayraqlar asıldı
Azərbaycan Fransaya nota verdi
Britaniyanın Azərbaycandakı səfirliyi rəsmi məlumat yaydı
Özbəkistan Azərbaycana belə dəstək oldu
SON DƏQİQƏ: Səfirliyimizin avtomobili atəşə tutuldu
Azərbaycan və Ermənistan arasında vizasız gediş-gəliş olacaq? - XİN-dən AÇIQLAMA
Bu durum ciddi narahatlıq doğurur- XİN
Bu kimi əməlləri qətiyyətlə pisləyirik - XİN
Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yaydı
Azərbaycan XİN Fransaya nota verdi
Rəsmi Bakıdan SƏRT BƏYANAT: Bu, İrana xeyir gətirməyəcək!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 