Son günlər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ONN media-ya bildirilib ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
"Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.
Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.
Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir", - XİN-dən əlavə edilib.



XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yaydı
SON DƏQİQƏ: Səfirliyimizin avtomobili atəşə tutuldu
Bu kimi əməlləri qətiyyətlə pisləyirik - XİN
Konsulluğun binasına hücumla bağlı XİN-dən AÇIQLAMA
Azərbaycan Fransaya nota verdi
Ermənistanın BMT-dəki səfirliyinin qarşısında aksiya
Azərbaycan XİN Fransaya nota verdi
XİN rəsmi məlumat yaydı
Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur
Azərbaycan Fransadan təzminat tələb edir
Co Baydenin bəyanatı təəssüf doğurur - XİN
Baş Prokurorluq erməni vandalizmi ilə bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 