"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.
ONN media-nın verdiyi məlumata görə, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.
Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.
R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.
Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.
Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.
2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.bakupost



Bu marketlərdə yeni kassa aparatları quraşdırılır
Bakıda bu market pulsuz ərzaq paylayır
Sumqayıtda market sahibi saxlanıldı - SƏBƏB?
OBA-nın 4 keçmiş əməkdaşı həbs edildi
"Tik Tok"da canlı yayım açıb polisi ittiham edən şəxs HƏBS EDİLDİ
Əhali 7 ayda 11 milyard manatdan çox pul xərcləyib - BAKIDA
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...
Ölkədə ərzaq çatışmazlığı var? Rəsmi cavab
Xüsusi karantin rejimində market və apteklər işləyəcək
Tanınmış iş adamının oğlu intihar etdi
Azərbaycanın ərzaq təhlükəsizliyi üçün yarım milyard manat ayrılacaq
Marketdə öskürən müştərini DÖYDÜLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 