Darçın, nanə və zəncəfil iştahı azaltmaq, həzmi, sinir sistemini normallaşdırmaq, həmçinin qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə pəhriz zamanı insana əvəzsiz köməkçidir.
Bu barədə rusiyalı dietoloq, RF Milli Dietoloqlar, Nutritionistlər Assosiasiyasının üzvü, tibb elmləri namizədi Daria Rusakova iştahı azaldan ədviyyatlardan danışarkən bildirib.
Onun sözlərinə görə, darçın maddələr mübadiləsini sürətləndirə, qanda qlükoza səviyyəsini normallaşdıra, həmçinin şirniyyata olan həvəsi azalda bilər. Ədviyyatın xüsusiyyətlərini artırmaq üçün dietoloq onu az kalorili desertlərə qatmağı, həmçinin təbii qəhvə içkiləri ilə birləşdirməyi məsləhət görüb
Mütəxəssis bildirib ki, pəhrizdə maddələr mübadiləsini normada saxlamaq vacibdir.
"Nanənin xoş ətri var, sinir sisteminə faydalı təsir göstərir və sakitləşdirir. Nanə əlavə edilən çay bağırsaqları təmizləməyə kömək edir, qəbizliyin profilaktikası üçün yaxşıdır”, - deyə dietoloq əlavə edib.
Bundan əlavə, həkim pəhriz zamanı bütün bədənə stimullaşdırıcı təsir göstərən, xolesterolu azaldan, qan dövranını yaxşılaşdıran, həmçinin bədəndən artıq maye və zərərli maddələri çıxaran, bununla da bu da daha sürətli arıqlamağa kömək edən zəncəfilə diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, zəncəfil çayı istilik keçiriciliyini artırır və aclığı aradan qaldırır.
Eyni zamanda, dietoloq bu üsulların yalnız düzgün qidalanma və idmanla birlikdə işlədiyini xatırladıb



Köklüyə səbəb olan içkilər hansılardır? - Dietoloq AÇIQLADI
Bununla bağlı sürücülərə müraciət edildi
Ədviyyatların müalicəvi xüsusiyyətləri
Bibərin koronavirusla əlaqəsinə İNANMAYACAQSINIZ
Çuğundurun əvəzedilməz SAĞLAMLIQ FAYDALARI
İmmuniteti necə gücləndirək?
Gilas və albalının insana hansı xeyri var?
Çəkini nəzarətdə saxlamaq üçün bu qaydalara riayət edin
Yayda çayı necə içmək məsləhətdir?
Dietoloq artıq çəkidən xilas olmaq istəyənlərə səsləndi: “Arıqlamaq üçün mükəmməl vasitədir”
Yeməyi bu yağla qızartmayın
Dietoloq karantin zamanı faydalı qidalanma qaydasını açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 