İsti yay günlərində sürücülər orqanizmlərini həddindən artıq isinmədən qorumaq üçün bəzi qidalardan imtina etməlidir.
Bu barədə rusiyalı dietoloq və terapevt Antonina Savolyuk bildirib.
Onun sözlərinə görə, bədən temperaturunu kəskin artıran qidalar var.
"Bunlar ilk növbədə, yüksək zülallı qidalardır. Əgər sürücü ət, toyuq və bişmiş yumurta yeyirsə, onun qaraciyəri daha fəal işləməyə başlayacaq və beləliklə, daha çox istilənəcək. Qaraciyər ən "isti" orqandır, buna görə də, isti havada onun fəaliyyətinin artması insanın xeyrinə olmaz", - deyə mütəxəssis qeyd edib.
Həkim əlavə edib ki, isti havada şirniyyat məhsulları da qəbul etmək məsləhət deyil.
"İsti havada belə qidalar orqanizmdə turşuluq səviyyəsini artırar və sürücü özünü yorğun hiss edər. Lakin əgər sürücü dondurma yemək istəyirsə, meyvəli və ya təbii tərkibli buzu seçmək lazımdır. Plombirdən isə imtina etmək daha yaxşıdır", - deyə o tövsiyə edib.
Mütəxəssis bundan başqa təzə meyvələr, giləmeyvələr və süd məhsullarına (kefir və təbii yoqurt) üstünlük verməyi məsləhət görüb.
Savolyuk qeyd edib ki, ən yaxşısı klassik soyuq tərəvəz şorbaları (okroşka, çuğundur şorbası və s.) hazırlamaq, həmçinin mineral suya limon, zəncəfil, yaxud nanə əlavə etməkdir. Onlar təravət hissi verəcək və mədə-bağırsaq traktını sağlamlaşdıracaq



İsti havalarda DONDURMA YEMƏK OLMAZ
Qızmar istidə dondurma yemək təhlükəlidir?
İstinin mənfi təsirlərini azaltmağın yolları
İsti havada bu qidalardan imtina edin
İsti havada bu qidalardan imtina edin
Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR
İsti havada düzgün qidalanma QAYDALARI
İsti havada düzgün qidalanma necə olmalıdır?
Məşhur dietoloqdan sürətlə arıqlamağın SİRRİ
Rus həkimdən dondurma ilə bağlı xəbərdarlıq: Virus...
Məşhur dietoloqdan sürətlə arıqlamağın SİRRİ
Qazlı içkilərlə bağlı mütəxəssisdən TÖVSİYƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 