Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.
ONN media xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb.
"Kavkazskiy uzel” nəşri yazır ki, "Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər – onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib.
Özünü "Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun "həmkarı” özünü "Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: "Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.
Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: "Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.
Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb.
"44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu ərazidə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”, – deyə Xankəndi sakini bildirib.
Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.



"Qəbirlərimizi sökdük ki, Türklərə qalmasın"- ŞOK AÇIQLAMA
Laçında yaşayan ermənilərin sayı nə qədərdir?
Ermənistan ordusu bu istiqamətlərdə atəş açdı
Ermənilər Zəngəzuru TƏRK EDİR
Erməni hərbiçilər Xankəndini niyə tərk edir?
Laçında qalan ermənilər təxliyyə edilir
Laçın- Zabux avtobusu istifadəyə verildi
Rusiyalı politoloqdan etiraf: "Sülhməramlılar Qarabağda qalmayacaq..."
Daha 25 ailə Zabuxa köçürüldü
Rus sərhədçiləri Zəngəzuru tərk etdi
İşğal olunmuş Şuşada məskunlaşan ermənilərin 80 faizi qaçıb
İşğal altında olan kəndlərimiz boşaldılır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 