Müdafiə Nazirliyi qardaş Türkiyənin Zəfər bayramının 100 illiyi münasibətilə təbrik edib.
Nazirliyin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, təbrikdə deyilir:
“Bu il avqustun 30-da Türkiyənin İstiqlal savaşındakı əzm, qətiyyət, dözümlülük, şücaət, rəşadət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 100-cü ildönümünü qardaş Türkiyə və Azərbaycan xalqları hədsiz qürur hissi ilə təntənəli şəkildə qeyd edəcəklər.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də yüksələn xətt üzrə inkişaf etdirilməkdədir.
Danılmaz həqiqətdir ki, qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsinə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolları vardır.
Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsidir. Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələr hərbi sahədə mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır. Hərbi əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. Bu münasibətlərimizin bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
Vətən müharibəsi Azərbaycan-Türkiyə əlaqələrini daha da möhkəmləndirdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Azərbaycan xalqı küçələrə axışdı və böyük sevinc hissi ilə Azərbaycan və Türkiyə əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.
Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verməkdədir.
Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub və olacaqdır.
Bu əlaqələr getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaq.
1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan mətanətli Türkiyə ordusu böyük sərkərdə, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş Savaşının taleyini və Türkiyənin gələcək müqəddəratını həll edəcək zəfər qazanmışdır. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türk millətinin göstərdiyi şücaət Türk tarixinə qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır. Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət – Azərbaycan və Türkiyənin timsalında gerçəkliyə çevrilib.
Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyətini Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır”.



Ceyhun Bayramov Türkiyəni təbrik etdi
İlham Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan XİN Türkiyəni təbrik etdi
Abdullah Gül İlham Əliyevi təbrik etdi
Türkiyə səfirliyində rəsmi qəbul
Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi
Zakir Həsənov Türkiyəyə gedir
Ceyhun Bayramov Atatürklə bağlı paylaşım etdi
Zakir Həsənov Türkiyəni təbrik etdi
Zəfər Gününün TARİXİ DƏYİŞDİ
"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır"
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 