Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
ONN media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeyi ziyarət edən qonaqlar ümummilli liderimizin vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qonaqlar Naxçıvan şəhərindəki Türk şəhidləri abidəsini, Şəhidlər xiyabanını və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olan Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərin və hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin hər iki qardaş ölkənin hərbi qulluqçularına qazandırdığı təcrübənin əhəmiyyətindən danışılıb. Böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və ixtisas hazırlığı kurslarında birliyimizin və bərabərliyimizin ifadəsinə çevrildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi zavodu ilə tanışlıq zamanı nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.
İşgüzar səfər çərçivəsində Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib və Duzdağ Fizioterapiya Mərkəzi ziyarət olunub.
Oktyabrın 1-də Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.



Azərbaycan və Türkiyə qırıcıları Naxçıvan səmasında
Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi - VİDEO
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
Türk hərbçilər Naxçıvanda muzeyləri gəzdi
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
Polad Həşimovun məzarı ziyarət edildi
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Pakistan HHQ-nin nümayəndə heyəti BAKIYA GƏLDİ
Prezident Heydər Əliyevin abidəsini ziyarət etdi
Azərbaycan və Türkiyə generalları görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 