Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilib.
Belə ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari il avqustun 15-dən 31-dək 1 318 ədəd PMN-Э növlü minalar aşkar edilib.
Həmin minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub.
Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
"Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.
Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir, - məlumatda bildirilib



Ötən ay 429 piyada əleyhinə mina aşkarlanıb
Qarabağda nə qədər mina zərərsizləşdirilib?
Mina partlayışlarında neçə nəfər həyatını itirib? - ANAMA AÇIQLADI
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı NƏ QƏDƏRDİR?
Ukraynada Ermənistan minaları tapıldı: Ermənilər Rusiyaya minalar ötürürlər?
İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlandı
Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 