Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq.
ONN media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.
"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", - o qeyd edib.
Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.
Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəlilıyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.
"Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik", - o deyib.
Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".
Qeyd edilib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub.



Mişel bu gün keçirilən görüşlə bağlı məlumat yaydı
Şarl Mişellə Nikol Paşinyan Brüsseldə görüşdülər
İlham Əliyev və Paşinyan yenidən görüşəcək
Belçikada Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin görüşü başladı
İlham Əliyev Paşinyanla Brüsseldə görüş keçirəcək
İlham Əliyev və Mişel arasında görüş başladı
Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcək
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
İlham Əliyevlə Paşinyan görüşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 