Xankəndidə ermənilərin etiraz aksiyası davam edir.
ONN media xəbər verir ki, avqustun 30-da axşam Qarabağ erməniləri “yüksək rütbəli məmurlar”ının istefası və Azərbaycanla müqavilələrə xitam verilməsi tələbi ilə Xankəndidə etiraz aksiyasına çıxıblar. Bir neçə saat sonra aksiya insidentsiz başa çatıb.
Avqustun 31-də axşam eyni tələblər ilə aksiya davam etdirilib.
Etirazçı Tiqran Petrosyan deyib ki, hərəkatın fəalları dünənki aksiyadan sonra avqustun 31-də gecə-gündüz Vozrojdeniye meydanında qalıblar.
“Dördüncü gündür ki, hərəkatın üzvü olan 10-a yaxın insan “prezident iqamətgahı”nın qarşısındakı meydanda iki talvarın altında gecələyir. “Hakimiyyət” bilməlidir ki, bizim hərəkat geri çəkilməyəcək, tələblərimiz yerinə yetirilməlidir, sona qədər gedəcəyik. Dördüncü gün meydanda qalırıq. İnsanlar gəlib bizə dəstək olurlar. İndiyədək hüquq-mühafizə orqanları tərəfindən açıq-aşkar təqiblər olmayıb”, – Petrosyan deyib.
Petrosyan onu da bildirib ki, dünən (30 avqust) “dövlət naziri” Artak Beqlaryan mitinqə gəlib, o, etirazçılara müraciət edib, lakin qaldırılan suallara cavab verməyib.
Bu gün saat 20:00-da başlayan və 22:00-da başa çatan mitinqə mindən çox adam toplaşıb.
“Əvvəlki kimi, təxminən 10 nəfər meydanda çardaq altında gecələyəcək və sabah axşam (1 sentyabr) yenidən mitinq olacaq. Bu, “hakimiyyət” bizim tələblərimizi yerinə yetirməyə başlayana qədər davam edəcək”, – deyə Petrosyan bildirib.
Aksiya ilə bağlı rəsmi qurumlardan hələ ki, şərh daxil olmayıb.



Yerevan yenə QARIŞDI: növbəti dəfə...
Erməni hərbçilərin qohumları etiraz aksiyası keçirir
Laçın yolundakı aksiyanın 25-ci günü
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
Naxçıvanda etiraz aksiyası başladı
Xankəndidə Rusiya bayrağı ilə aksiya keçirirlər
Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Aksiyanın 5-ci günü- SON DURUM NECƏDİR?
Laçın yolundakı aksiya 81 gündür davam edir
İrəvanda Paşinyana qarşı növbəti etiraz aksiyası başladı
Gümrüdə də mitinq keçirilir, toplaşanlar İrəvana gətməyə hazırlaşır
Etiraz aksiyasının 4-cü günü- Son durum necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 