Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Azərbaycanda şagirdlərin yeni vahid geyim forması tətbiq olunub. Lakin valideynlər yeni forma almaq üçün problemlə üzləşiblər. Buna görə də Bakı Tikiş Evinin (BTE) qarşısında valideyn izdihamı yaranıb. Alternativ satış mərkəzlərində isə forma yoxdur. Bəs, valideynlər nə etsin?
Təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a bildirib ki, məktəbli formalarının yalnız BTE-ə həvalə edilməsi barədə qəti hökm yoxdur. Valideynlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktəbli formalarıyla bağlı qəbul etdiyi standartlar əsasında digər yerlərdən məktəbli formasını ala bilərlər:
“Azərbaycan Respublikası Nazirlər Kabineti məktəbli formalarının nümunələri, eskizlərini verir. Valideynlər məktəbli formasını özləri də sifariş verə bilər.
Nazirlər Kabinetinin bununla bağlı müəyyən etdiyi normalarda məktəbli formalarının standartları ölçüləri formasını qeyd edib. İstənilən tikiş şirkəti, tikiş fabriki bu normalarla məktəbli formalarının tikişini həyata keçirə bilər.
Bakı Tikiş Evi qalib gəldiyi üçün bütün işlər ona həvalə olunması barədə hər hansı tender keçirilməyib. Belə düşünmək əsassızdır.
Əlbəttə, bu sıxlıq gözlənilirdi. Bu gün 4432 orta ümumtəhsil məktəblərimizdə 1.6 milyon şagird var. Onun 160 mini birinci sinfə gedəcək. Bu qədər insan yeni forma almalıdır. Buna görə də belə izdiham gözlənilən idi.
Bakı Tikiş Evi bir qədər qabağa düşüb bu işi öz üzərinə götürübsə, buna görə onları təqsirləndirmək olmaz. Bizim Bakının, bölgələrin hər birində müxtəlif ərazilərdə satış məntəqələrinin olması barədə təklifimiz də olmuşdu. Bir müddətdən sonra biznesmenlər Çindən və ya digər ölkələrdən ucuz məktəbli forması gətirəcəklər.
Nazirlər Kabinetinin məktəbli formalarıyla bağlı təsdiq etdiyi ölçülər, rənglər, və Təhsil Nazirliyinin məktəblərə fərqli şəkildə nazirliyin Pedaqoji Şurasının təsdiq etdiyi forma qaydaları əsasında atelye və digər tikiş yerləri, dükanlardan ala bilərlər. Bununla bağlı hər hansı basqı da yoxdur”.
“Yeni məktəbli forması məcburi deyil. Köhnə varsa, ondan istifadə edilməsində heç bir problem yoxdur”-Kamran Əsədov fikirlərini bitirib.



Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formaları nə vaxt satışa çıxarılacaq?
Məktəbli formaları ilə bağlı narazılığa rəsmi reaksiya
Məktəbli formalarının qiyməti AÇIQLANDI
Məktəbli formalarının qiyməti açıqlandı
BTE-nin qarşısındakı izdihama rəsmi cavab
Məktəbli formalarının qiyməti bahalaşacaq?
Məktəbli formalarına niyə alıcı tapılmır?
Məktəblilər bu il yeni forma geyinəcəklər? - Açıqlama
Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb
Məktəbli formaları ucuzlaşıb - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 