"Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır".
ONN media xəbər verir ki, bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov təmsil etdiyi fabrikin qəhvəyi-yaşıl (xaki) rəngli məktəbli formasını tikməməsinə aydınlıq gətirərkən bildirib.
Onun sözlərinə görə, tələbat daha çox digər rəngli məktəbli formalarınadır:
"Biz dörd rəngin üçünü tikirik. Qəhvəyi-yaşıl rəngli məktəbli formasını isə "Bakı Tekstil Fabriki" MMC tikir, başqa harada istehsal olunduğu haqqında məlumatım yoxdur. Eyni zamanda dörd rəngin hər birini istehsal etmək üçün fiziki gücümüz də yoxdur. Biz əsasən tələbatın daha çox olduğu tünd-göy və tünd-boz rəngli formaları istehsal edirik.
Xaki rəngli məktəbli formalarını da tikmişik. Ancaq açığını desək, onlara tələbat azdır, yəni satılmır. Biz əsasən tələbatın daha çox olduğu məhsulları tikirik”.
Şöbə müdiri həmçinin deyib ki, yeni tədris ilinədək tələbat yaxşı olduğu təqdirdə qəhvəyi-yaşıl rəngli məktəbli forması tikilə bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarının tünd göy, tünd boz, qəhvəyi-yaşıl (xaki), tünd qəhvəyi olmaqla 4 rəngdə olması nəzərdə tutulub.



Yeni məktəbli geyimlərinin qiyməti açıqlandı
Məktəbli formaları ucuzlaşıb - AÇIQLAMA
Məktəbli formalarının tikilişinə başlanılıb
Məktəbli formalarına niyə alıcı tapılmır?
Məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
BTE-nin qarşısındakı izdihama rəsmi cavab
Məktəbli formalarının qiyməti AÇIQLANDI
Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq?
Məktəbli forması ilə bağlı daha bir açıqlama
Məktəbli formalarının qiyməti açıqlandı
Məktəbli formalarının qiyməti bahalaşacaq?
Yeni məktəbli formaları istifadəyə hazırlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 