İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 3-də saat 13:48 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq iki nəfərə məxsus ayaq izləri aşkarlanıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.
Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş iki ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (marixuana) və 710 ədəd psixotrop tərkibli həblər (metadon-40) aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri - 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



İranla sərhəddə əməliyyat: çoban saxlanıldı
DTX və DSX birgə əməliyyat keçirdi- Saxlanılan var
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Azərbaycan-İran sərhədində atışma
İrandan 40 kq-lıq narkotikin keçirilməsinin qarşısı alındı
İranla sərhəddə gərginlik- Atəş açıldı
İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alındı
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var
Azərbaycan-İran sərhədində insident
İranla sərhəddə yenidən insident yaşandı
SON DƏQİQƏ: Sərhəddə gərginlik, əsgərlərimiz ATƏŞ AÇDI
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 