“Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” təsdiqlənib.
ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydasını, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formalarını müəyyən edir.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün siyahısı Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə müəyyən edilmiş tibb müəssisələri həmin donor orqanlar gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qərarın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsə müraciət edirlər. Donor orqanların transplantasiya məqsədilə idxalına icazə alınması üçün ərizəyə müvafiq sənədlər əlavə edilir.
Ərizənin qeydiyyata alındığı gündən 7 iş günü müddətində Koordinasiya Mərkəzi tərəfindən sənədlərə baxılır və bu Qərarın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.
Donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Koordinasiya Mərkəzi tərəfindən transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərar “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsisteminə daxil edilir və dərhal bu barədə məlumat elektron qaydada gömrük orqanına ötürülür.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
transplantasiya məqsədilə xarici ölkənin tibb müəssisəsi
və ya xarici ölkənin aidiyyəti qurumu ilə bağlanılmış donor orqanların idxal-ixracına dair müqavilənin surəti;
transplantasiya məqsədilə donor orqanların idxalına icazə alınması üçün ərizə ilə müraciət etmiş tibb müəssisəsinin həkim komissiyasının Qanunun 14.2-ci maddəsinə uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasına dair qəbul etdiyi qərarının surəti, yaxud xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasının müəyyən edilməsi üçün xarici ölkənin tibb müəssisəsinin həmin xarici ölkənin qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi müvafiq sənədin surəti;
donor və ya resipiyent barədə müvafiq xarici ölkənin identik (ekvivalent) informasiya bazasından “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda nəzərdə tutulan məlumatları özündə əks etdirən çıxarış və ya həmin məlumatları özündə əks etdirən tibbi sənəd.
Ərizəçidən Qanunda və bu Qaydada nəzərdə tutulan sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağandır.



Daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verildi
Baş nazirdən tibb müəssisələri ilə bağlı QƏRAR
Prezident bu nazirliyin səlahiyyətlərini artırdı
Canlı donordan transplantasiya məqsədilə bu orqanlar GÖTÜRÜLƏCƏK?
Azərbaycanda bu şəxslər 1000 manat cərimələnəcək
Qohum olmayan şəxs də donor ola bilər?
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Nazirlik açıqladı: Əli Əhmədovun donor olması...
Dərman vasitələrinin idxalına icazə verilməsi qaydası müəyyənləşib
Azərbaycanda orqan alqı-satqısına icazə verilməsi təklif edilib
Səhiyyə Nazirliyi bu şəxslərə müraciət etdi
Azərbaycanda meyitdən götürülən orqanların SİYAHISI genişləndirilir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 