Səhiyyə Nazirliyi Azərbaycanın Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun donor olmasının mümkünsüzlüyü ilə bağlı yayılan iddialara münasibət bildirib. Nazirlikdən ONN media-ya verilən məlumatda qeyd olunub ki, sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının mənzil qərargahında YAP icra katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında iştirak edib: "Həmin aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təcrübəli tibb işçiləri tərəfindən könüllü donor olmaq istəyən şəxslərdən qan götürülüb. O cümlədən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov həmin aksiya zamanı qan verərək donorluq edib". Bildirilib ki, digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb: "O dəfələrlə qan verdiyi üçün, qanverməyə tam yararlı olması müəyyən edilib və qan götürülüb. Qanvermə prosesi tam normal keçib". Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.07.2006-cı il tarixli 112 nömrəli əmrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 4 №-li əlavənin (Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası) 1.11. bəndinə əsasən (1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.) 65 yaşdan yuxarı donorlar həkim rəyinə əsasən həm təkrar qanvermədə, həm də ilkin qanvermədə iştirak edərək donor ola bilərlər.
Nazirlik açıqladı: Əli Əhmədovun donor olması...



Qohum olmayan şəxs də donor ola bilər?
Əli Əhmədov ABŞ-a getdi
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
Əli Əsədov qərar imzaladı
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi qanvermə aksiyası keçirib
Daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verildi
Abşeronda qanvermə aksiyası keçirildi
Tahir Budaqov kimdir? – DOSYE
Əli Əhmədov nə qədər maaş alır?
Aşura ilə bağlı toplanan qan vətəndaşlara pulla verilir?
Əli Əhmədov: "YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir"
YAP-ın rayon təşkilatının sədri həbs olundu – DOSYE – YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 