Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.
Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.
Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb.
Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Müşavirədən sonra Döyüşü idarəetmə məntəqəsinə (DİM) gələn Baş Qərargah rəisinə məruzə olunub ki, burada müasir döyüş üsulları nəzərə alınaraq digər qoşun növləri ilə qarşılıqlı əlaqədə komanda idarəetmənin təşkili üçün zəruri infrastruktur yaradılıb.
Sonra general-polkovnik K.Vəliyev, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və digər yüksək rütbəli zabitlər Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzinə gələrək ilk dəfə təşkil edilən "Zabit komando başlanğıc kursu"na cəlb olunan gənc leytenantlarla görüşüblər.
Baş Qərargah rəisinə məruzə olunub ki, hərbi qulluqçuların taktiki-xüsusi hazırlıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən məşqlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.
Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində gənc zabitlərin komando kursuna cəlb olunmasının hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasında müsbət təsir göstərəcəyi xüsusi qeyd edilib.
Daha sonra yaşayış məntəqələrində döyüş və məntəqələrin şərti düşməndən təmizlənməsi tapşırığının icrası üzrə təlim epizodları izlənilib.
Gənc zabitlər qarşısında çıxış edən Baş Qərargah rəisi onlara hərbi elmlərə yiyələnmək, eləcə də fiziki hazırlıqlarını artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq gələcəkdə tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verib, gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda general-polkovnik K.Vəliyev hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və onlarla birgə nahar edib.



General-polkovnik Kərim Vəliyev komandolarla görüşdü
Kərim Vəliyev Kəlbəcərə getdi
Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub
Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hazırlığını yoxlayıb
Kəndər qaytarıldı, general rəhbər heyəti topladı
Kərim Vəliyev Laçına gedib
MN rəsmi məlumat yaydı
Kərim Vəliyev hərbi qulluqçularla bağlı tapşırıq verdi
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi
Zakir Həsənov konkret tapşırıqlar verdi - Video
Müdafiə nazirinin müavini Kəlbəcərə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 