Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Bu barədə ONN media-ya Dövlət İmtahan Mərkəzindən məlumat veirlib.
Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Cəmi 625 yer (5.01%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
| Qəbul planı | Qəbul olunub | Qəbulolma faizi | Vakant yerlərin sayı (faizi) | |||
| Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | ||||
| Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar | 11710 | 10795 | 476 | 11271 | 96.25 | 439 (3.75) |
| Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar | 761 | 563 | 12 | 575 | 75.56 | 186 (24.44) |
| Cəmi | 12471 | 11358 | 488 | 11846 | 94.99 | 625 (5.01) |
Sentyabrın 9-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.



DİQQƏT- Nəticələr açıqlandı
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
Diqqət- Nəticələr açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
Diqqət- Nəticələr açıqlandı
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadıldı
Ali məktəblərə daxil ola bilməyənlərin DİQQƏTİNƏ: sentyabrın 6-dan...
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
DİQQƏT- İxtisas seçimi başa çatır
Nəticələr AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 