ONN İnformasiya Agentliyi

Parisdən qalxan təyyarə təcili Bakıya eniş etdi

Parisdən qalxan təyyarə təcili Bakıya eniş etdi
9-09-2022, 08:34

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

ONN media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png