Rusiya bu gün Ukrayna ərazisindəki hədəflərə 12-dən çox raket və 12 hava zərbəsi endirib.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, xüsusilə Velikiye Proxodı, Staroverovka, Yuriyevka, Temirovka, Ternovye Podı, Suxoy Stavok, Barvinok və Beloqorka qəsəbələrinin ərazilərində infrastruktura ziyan dəyib.