Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya işğalçı qüvvələrinin arxa infrastrukturuna sarsıdıcı zərbələr endirib.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, Ukrayna xalqının işğalçılara qarşı qəhrəmancasına qarşıdurmasının 19-cu günündə Ukrayna müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib.
“Ukrayna Silahlı Qüvvələri işğalçılar tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində düşmənin maddi-texniki təminatı sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura (sahə bazaları və anbarlar - red.) sarsıdıcı zərbələr endirib. İşğalçı qoşunlar irəliləyişin bütün istiqamətlərində hücum əməliyyatı keçirməkdə ciddi uğur əldə edə bilməyiblər. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş xətlərin təhlükəsizliyinin təmin edilməsinə və saxlanılmasına yönəlib”, - deyə məlumatda deyilir.
Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri məhv edilib: “Qarşı tərəf heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Qarşı tərəfin mənəvi-psixoloji durumu aşağıdır. Beləliklə, Rusiya hərbçiləri komandanlığın əmrlərini icra etrməkdən boyun qaçırırlar”.
Rəsmi informasiyaya görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya ərazisindəki Belqorod şəhərində yerləşir: “Düşərgədə yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlərə qatılmaqdan imtina edirlər”.



Ukrayna Müdafiə Nazirliyi cəbhədəki SON DURUMU açıqladı
Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır
Ukrayna son sutkada məhv etdiyi Rusiya texnikasının sayını açıqladı
Hərbi obyektlər vurulub, aerodromlara raket zərbələri endirilib - Ukrayna Baş Qərargahı
Ukrayna bu əraziləri geri qaytardı
Ukraynadan Rusiyaya daha bir zərbə
Ukrayna iki istiqamətdə əks-hücuma başladı
Ukraynada Rusiyanın daha dörd qırıcısı vuruldu
Ukrayna Rusiyanın bu şəhərini ələ keçirdi
Ukrayna cəbhədəki son durumu açıqladı
Ukrayna hərbçiləri bu şəhəri işğalçılardan AZAD ETDİLƏR
Rusiyada səfərbərlik yenidən başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 