ONN media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - ehtiyatlı olun, rahat gün deyil. Yoldan sapmaq, geri çəkilmək çox asandır. Fəqət yenidən yola qayıtmaq çətindir. Nəzərdə tutduğunuz planı tezliklə həyata keçirmək, layihəni reallaşdırmaq asan deyil.
Maliyyə itkiləri istisan deyil. İşdə ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan yardım istəməyin. Onlar qərarlarınızı və əməllərinizi kritik dəyərləndirir, planlarınızdan əl çəkməyə çağırırlar. Bu şəxslər məqsədlərinizin dəyişməsini istəyirlər.
Bütün məsləhətlərə qulaq asın. Amma yalnız sizə sərf edən məsləhətlərdən faydalanın.
Öküz - baş verənlərə rəğmən sakit olun, təmkinli davranın. Autotreninq, yoqa, maksimum diqqət tələb edən işlər üçün əlverişli zamandır. Emosiyaların əsiri olmayın. Hisslərinizi kimsə anlamamalıdır.
Günün ikinci yarısında ailə qayğıları və məişət işlərinə laqeyd yanaşmayın. Hər şey sadə və aydındır. Rutin işlərin həlli üçün baş sındırmağa lüzum yoxdur.
Şəxsi münasibətlərdə isə tam əksinə, uzunmüddətli təhlil və müzakirə tələb edən məqamlar yaranacaq.
Əkizlər - gün maraqlı və uğurlu olacaq. Hər hansı formada maliyyə avantüralarından imtina edin. İri məbləğlə risk etməyin, xərcləri minimuma endirin. Başqasının hesabına gəlir əldə etməyə çalışmayın. Rəqibin səhvinin və ya yanlışlığının irəliləyişinizə imkan verəcəyini düşünməyin.
Günün ikinci yarısı iş, ünsiyyət, çətinliyə düşmüş insanlara yardım üçün münasibdir. Səhhətində problem olan şəxsə kömək edin.
Şəxsi həyatınızda müsbət təmayüllərin təsiri artır. Ciddi problemlər yaranmayacaq. Yeni tanışlıqlar ehtimalı azdır. Romantik münasibətlər dinamik inkişaf edəcək.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - əla gündür. Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Həmin planlardan bəzilərini həyata keçirməyə başlayın. Müttəfiqlər arayın. İradəli və qətiyyətli olun. Yeni işgüzar əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.
Tərəfdaşlıq uzunmüddətli, məhsuldar ola bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə harmoniyaya və qarşılıqlı anlaşmaya nail olun. Yaxınlarınız sizi anlayacaqlar. Sizi anlamaları üçün çox sözə ehtiyac yoxdur.
Şir - günün ilk yarısı əlverişli, önəmli layihənin həyata keçirilməsi üçün münasibdir. İşgüzar münasibətləri emosiyalara və hisslərə qurban verməyin. Danışıqları uğurla başa vurmağa çalışın. Nüfuzlu insandan dəstək almağa, sərfəli müqaviləyə nail olmağa can atın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda laqeydlik etməyin. Qətiyyətli, təmkinli olun, çətinlikləri unudun. Saatlar keçdikcə problemlər artır. Yaşamınızda çətin və qarışıq situasiyadır. Bir qədər sonra problemin çözüm anı olacaq. İşlərin məcrası qəbul etdiyiniz qərardan asılıdır.
Qız - işlər pis deyil. Hadisələrin bolluğu sizi usandırmasın. Həmin olaylardan hər biri diqqətli yanaşma tələb edir. Yaxın ətrafınızdakı insanlar diqqət və qayğı gözləyirlər. Kiməsə yardım, kiməsə məsləhət, kiməsə qayğı gərəkdir.
Amma bu adamlardan kimsə düşünmür ki, sizin də problemləriniz, tələbləriniz və istəkləriniz var.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa çalışın. Tənbəllik və süstlük etməyin. Enerjinizi bərpa edin, sakitləşin. Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin.
Tərəzi - günün ilk yarısı yaxşı və uğurlu olacaq. Niyyətinizi reallaşdıra bilərsiniz. Hər şey istədiyiniz kimi alınmasa da, ruhdan düşməyin, geri çəkilməyin.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.
ehtiyac duyulmadan da pul qazanmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısı çətinliklər vəd edir. İşdə ən müxtəlif problemlər yarana bilər. Həmkarlarınızla münasibətlərdə anlaşılmazlıqlar və ziddiyyətlərin böyüməsinə imkan verməyin. Şayiələr, böhtanlar əhvalınızı korlayacaq.
Günün ikinci yarısında soyuqqanlı davranın. Təcrübəli insanların sözlərinə, yaşlı qohumların məsləhətlərinə qulaq asın. Mühüm qərarları müstəqil qəbul etməyə dəyməz. Maliyyə məsələlərində ehtiyatlı davranın. Planlaşdırılmamış səfərə yollanmayın.// Milli.az



Günün qoroskopu: başqalarının işlərinizə qarışmasına imkan verməsəniz, durum yaxşı olacaq
Günün qoroskopu: Dəyər verdiyiniz insanların qayğısına qalın
Günün qoroskopu: yeni layihəni həyata keçirməyə hazır olun
Günün qoroskopu: Planlaşdırılan əyləncəni təxirə salın
Günün qoroskopu: Problemli gün ola bilər
Günün qoroskopu: Xoşagəlməz xəbər alacaqsınız
Günün qoroskopu: Səbrli və təmkinli olun
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Sınaqdan uğurla çıxacaqsınız
Günün qoroskopu: Dostla və tanışlarla mübahisə etməyin
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 