Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulacaq.
ONN media-nın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matçda "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edəcək. 6 oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu, 2 xala malik qonaqlar 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 17-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar üstündür - 52:28.
Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"nin qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 15 xalla 3-cü, "qartallar" isə 10 xalla 5-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 27 dəfə qarşılaşıblar. Bunların 18-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. Digər 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionunun aşkar üstünlüyü var - 55:12. "Zirə" isə heç vaxt bu rəqibinə qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
VII tur
18 sentyabr (bazar)
18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib



Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
Bu gün Premyer Liqada derbi keçiriləcək
"Qarabağ"dan daha bir qalibiyyət
"Qarabağ" bu gün çempionluğu təmin edə bilər
Premyer Liqa: "Zirə" "Səbail"i, "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək
"Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək
"Zirə" səfərdə qalib gəldi
"Qarabağ"dan növbəti qələbə
"Qarabağ" növbəti qələbəyə imza atdı
"Qarabağ" "Sabah"ı məğlub etdi
"Qarabağ" "Neftçi" ni məğlub etdi
Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vuruldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 